3 Noyabr 2015 01:22
1 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə azyaşlı qızı qaçırıb zorlayan kişi kameralara düşməsi nəticəsində həbs olunub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzmir şəhərində baş verib. Marketdən içki almağa gələn E.P. onunla eyni zamanda dondurma alan 8 yaşlı A.Y.-ni çöldə gözləməyə başlayıb. Balaca qız evə gedərkən ona yaxınlaşan E.P "Mustafanı tanıyırsan" deyərək, onunla ünsiyyət qurmağa çalışıb. Azyaşlı isə qonşularının adının Mustafa olduğunu deyib. E.P. qızdan onu Mustafagilə aparmasını xahiş edib.

Binaya girəndə o, cibindəki bıçaqla qızı hədələyərək zirzəmiyə aparıb. Burada A.Y.-yə təcavüz etmək istəyərkən liftin qapısının açıldığını hiss edib. Qız qışqıraraq kömək istəyib. Hadisə yerinə gələn polis təhlükəsizlik kamerasının görüntülərini izləyərək təcavüzkarı tapıb.

Polis 30 yaşlı E.P.-nin ötən ay avvəl bənzər təcavüzə cəhd etdiyini müəyyən edib. O, zaman qızın anasının səsə gəlməsindən sonra E.P. qaçmışdı. Hücuma məruz qalan qız E.P-nin həmin şəxs olduğunu təsdiqləyib.

Ağır Cəza Məhkəməsində aparılan cinayət işinə yekun vurulub. İttihamları qəbul etməyən E.P. 30 il azadlıqdan məhrum edilib.

Ramal


Müəllif: