3 Noyabr 2015 11:35
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində avtomobillərdən oğurluq edən gənc məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi və 33-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 1994-cü il təvəllüdlü Emil Miriyev saxlanılıb.
O, oğurladığı “Runna” markalı avtomobili sürərkən şəhərdə qurulan təhlükəsizlik kameraları vasitəsi ilə yeri müəyyən edilərək həbs edilib. Onun idarə etdiyi avtomobilə baxış zamanı 11 qramdan artıq qurudulmuş marixuana götürülüb.

Emil Miriyev oktyabrın 1-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Esmira Cəfərovaya məxsus “Hyundai” markalı avtomobildən şüşəni sındırmaqla müşahidə kamerası, avtomobilin texniki pasportu, sürücülük və şəxsiyyət vəsiqələri oğurlamaqda, Samir Ağayevə məxsus “BMW” markalı avtomobildən, şüşəni sındırmaqla oğurluğa cəhddə şübhələ bilinib.

Araşdırma zamanı müəyyən edilib ki, o, oktyabrın 29-na keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan İlkin Yusubova məxsus “Chevrolet-Cruze”, Ramil Əliyevə məxsus “Mercedes”, Bahadur Beydiyevə məxsus «Niva», Rafiq Kərimova məxsus “Mercedes” markalı avtomobillərdən, şüşəni sındırmaqla mobil telefon, pul, səsgücləndirici, maqnitafon və digər əşyalar oğurlayıb. Rizvan Həsənova məxsus “Toyota-Prado” markalı avtomobildən isə, şüşəni sındırmaqla oğurluğa cəhd edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, əvvəllər məhkumluq həyatı yaşayan Emil Miriyev oğurluqdan əldə etdiyi pulları narkotikə və barda qızlara xərcləyib.

Hacı Zeynalov


Müəllif: