3 Noyabr 2015 12:04
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə noyabrın 2-si saat 18:40 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Amir Hacımuradov idarə etdiyi “BMW” markalı avtomobillə 1995-ci il təvəllüdlü Röyal Yarıyevi vurub. Röyal Yarıyev aldığı xəsarətlər nəticəsində 3 saylı xəstəxanada ölüb.

Hacı Zeynalov


Müəllif: