3 Noyabr 2015 15:16
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Xəqani Qənbərli naməlum şəraitdə bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə İmişli Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olib.

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Şakir Babayev tutulub.

Hacı Zeynalov


Müəllif: