3 Noyabr 2015 15:38
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayonunda taksi sürücüsü müştərisi tərəfindən bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, Balaqusar kənd sakini İskəndər Hacıyev Qusar Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, noyabrın 1-də idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində naməlum şəxs əyləşib.

Naməlum şəxsin İskəndər Hacıyevdən avtomobili Aşağı-Ləyər kəndinə sürməsini istəyib. Mənzil başına çatdıqda isə taksi sürücüsü ilə müştəri arasında mübahisə yaranıb. Mübahisə zəminində həmin şəxs İskəndər Hacıyevin boyun nahiyyəsindən bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.

İskəndər Hacıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Saşa Muradov tutulub.

Hacı Zeynalov


Müəllif: