3 Noyabr 2015 18:59
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi törədən sürücü həbs edilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsi törədən Bakı şəhər sakini Ağaverdi Rəhimov saxlanılıb.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi oktyabrın 31-də qeydə alınıb. Qəza zamanı Qafar Səfərov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yol-nəqliyyat hadisəsinin “VAZ-2106” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Ağaverdi Rəhimov tərəfindən törədilməsi müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: