3 Noyabr 2015 19:44
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda intihara cəhdin qarşısı alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfərin intihar məqsədilə tikilməkdə olan binanın üstünə çıxması barədə məlumat daxil olub.

Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən yayınıb.


Müəllif: