4 Noyabr 2015 10:20
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsu rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ərəbsarvan kəndində qeydə alınıb.

Kabus Xanlar oğlu Şirinov keçmiş həyat yoldaşı Elnurə Eyyubovanı bıçaqlayaraq öldürüb. Hadisə onların arasında şəxsi münasibətlər zəminində baş verib.

Elnurə Eyyubova rayonun Hacıqədirli kənd orta məktəbində müəllim işləyirmiş.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: