4 Noyabr 2015 11:11
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Məhəmmədi qəsəbəsində qeydə alınıb.

Tahir Mürsəlov qısqanclıq zəminində həyat yoldaşı Nigar Mürsəlovanı bıçaqlayaraq öldürüb. Tahir Mürsəlovun həyat yoldaşının başqa bir kişi ilə gəzməsindən şübhəlinərək bu addımı atdığı bildirilir.

Tahir Mürsəlov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: