4 Noyabr 2015 14:33
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi axtarışda olan şəxslərin yaxalanması istiqamətində əməliyyat tədbirləri keçirib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 4-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü Nəriman Heydərov saxlanılıb.

Bundan başqa, Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1987-ci il təvəllüdlü Pərviz Qasımov tutulub.

Oxşar əməliyyatı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşları da keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1978-ci il təvəllüdlü Namiq Əlizadə saxlanılıb.

Hacı Zeynalov


Müəllif: