5 Noyabr 2015 09:05
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Bakının Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə 3 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb, partlayışın təsirindən evin damı və divarı uçub.

Yanğın zamanı ev sahibi və qızı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıblar.


Müəllif: