5 Noyabr 2015 10:55
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi beynəlxalq axtarışda olam qadını həbs edib.

Bakı Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Türkiyə cəza qanununun 450/7 və 492/1-ci maddələri ilə (qətl və oğurluq) 14.11.2000-ci il tarixdən İnterpol vasitəsi ilə axtarılan Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Əminə Mirzəyeva tutulub.

Əminə Mirzəyeva Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirəri nəticəsində tutulub.

Saxlanılan şəxs Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.

Hacı Zeynalov


Müəllif: