5 Noyabr 2015 11:33
353

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə “20-ci sahə” adlanan ərazidə qeydə alınıb.

Sergey Qaqarin bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyat olunub. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. İstintaqa ifadə verən Sergey Qaqarin tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, bildirib ki, gecə saatlarında evə gedərkən yol kənarında tanımadığı şəxs ona bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: