5 Noyabr 2015 12:44
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda cinayət törədən iki qardaş yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirəri nəticəsində Ağcabədi rayon sakinləri - əvvəllər məhkum olunmuş iki şəxs - 1985-ci il təvəllüdlü Rahib Quliyev və qardaşı, 1989-cu il təvəllüdlü Bəxtiyar şübhəli şəxs qismində tutulublar.

Rahib Quliyevin üzərinə baxış zamanı 450 qram marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı Bəxtiyar Quliyevin noyabrın 1-də Ağcabədi rayonunda Ülfət Namazova qarşı quldurluq etməsi müəyyən edilib və o, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Hacı Zeynalov


Müəllif: