5 Noyabr 2015 15:49
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Tanqıt kəndində qeydə alınıb.

Kənd sakini, 2014-cü il təvəllüdlü Ayşən Natiq qızı Əsgərova yaşadığı evin arxasından keçən “Axmaz” çayına düşərək boğulub. Azyaşlı həmin vaxt nəzarətsiz qalıb və çay tərəfə gedib. Ayşən Əsgərova çayın ətrafında oynadığı vaxt sürüşərək çaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: