5 Noyabr 2015 15:55
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki övlad atası qeyri-rəsmi münasibətdə olduğu qadını öldürüb.

Mingəçevirdə ictimaiyyətin gözü qarşısında qətl hadisəsi törədilib.

Teleqraf.com El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, yeraltı keçidin qarşısında baş verib. Ağdam rayonunun Nəmərli kənd sakini, 1989-ci il təvəllüdlü Pərviz İsrafil oğlu Vəliyev Mingəçevir şəhər sakini, 1973-cü il təvəllüdlü Yeganə Fəxrəddin qızı Mustafayevanı bıçaqlayaraq qətlə yetirib. Pərviz Vəliyev insanların gözü qarşısında Yeganə Mustafayevanın ürək nahiyəsinə zərbə endirib. Ağır yaralanan qadın yaxınlıqda olan insanların köməyi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən Pərviz Vəliyev könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə gəlib.

İlkin məlumata görə, taksi sürücüsü olan Pərviz Vəliyev ailəlidir, 2 övladı var. Yeganə Mustafayeva ilə qeyri-rəsmi münasibətdə olub. Bu münasibətlərin Pərviz Vəliyevin ailəsində problem yaradacağı ilə əlaqədar aralarında gərginlik yaranıb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: