6 Noyabr 2015 11:30
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Səbinə Hüseynova yaşadığı evin həyətində özünü asaraq ölüb. Səbinə Hüseynovanın hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: