6 Noyabr 2015 12:17
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məşhur restoranlardan birində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Nərimanov rayonu, Vaqif küçəsi, 7 ünvanında yerləşən “Makdonalds” restoranında qeydə alınıb.

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Şəhanə Ərəstun qızı Hüseynovaya məxsus mobil telefon masanın üzərindən naməlum şəraitdə oğurlanıb. Baş verən hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə şikayət edilib.

Hazırda polis 18 yaşlı qızın mobil telefonunu oğurlayan şəxsin müəyyən edilərək həbs edilməsi üçün tədbir görülür.

Hacı Zeynalov


Müəllif: