6 Noyabr 2015 12:49
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda zavoddan quldurluq yolu ilə külli miqdarda pul oğurlayan mütəşəkkil dəstə zərərsziləşdirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Təmkin Salmanlı, Samir Quliyev, Mehman Əsədullayev, Anar Quliyev, Natiq Sulxayev, Toğrul İbrahimov və Fərid Məmmədov tutulublar.

Onlar bu ilin sentyabrın 7-də kabel zavodundan quldurluq yolu ilə 50000 manat aparıblar.

Hacı Zeynalov


Müəllif: