6 Noyabr 2015 20:15
2 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda qadınlar arasında mübahisə dava ilə nəticələnib.

Teleqraf.com xəbər verir ki, hadisə Vidadi küçəsi, 165 ünvanında yerləşən gözəllik salonunda baş verib.

Gözəllik salonuna gələn Anjela adlı qadın orada işləyən Neftçala rayon sakini, 1991-ci il təvəllüdlü Firəngiz İbadulla qızı Məlikova ilə mübahisə edib.

Bu zaman qadınların arasında yaranan mübahisə dava ilə nəticələnib. Dava zamanı Anjela Firəngiz Məlikovanın saçından tutaraq yerdə sürüyüb və daha sonra döyərək ona xəsarət yetirib.

Firəngiz Məlikova hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: