8 Noyabr 2015 23:38
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Goranboy rayonunda baş verən yol qəzasında heyvan tələfatı qeydə alınıb.

Hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində baş verib.

Naftalan şəhəri istiqamətində hərəkətdə olan "Ford" markalı avtomobil kənardan qəfil yola çıxan qoyunlardan bir neçəsini vurub.

Nəticədə kənd sakini İlham Abdullayeva məxsus 6 baş qoyun tələf olub və daha 2 qoyun yaralanıb.

Heyvan sahibinə min manatdan çox maddi ziyan dəyib.

Report.az


Müəllif: