9 Noyabr 2015 12:21
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda binada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 312 kv.m olan ikimərtəbəli inzibati binanın çardağının yanar konstruksiyaları 0,5 kv.m sahədə yanıb.

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının səyləri nəticəsində binanın qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.


Müəllif: