10 Noyabr 2015 10:27
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda axtarışda olan şəxs həbs olunan zaman polisə müqavimət göstərib.

Teleqraf.com xəbər verir ki, hadisə İkinci Şıxlı kəndində yerləşən kafedə qeydə alınıb.

Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə axtarışda olan Ceyhun Abdullayev tutularkən Qazax Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili İsgəndər Həsənova müqavimət göstərib.

Görülmüş tədbirlər nəticəsində Ceyhun Abdullayev tutulub. Ondan qumbara, 700 qram marixuana, habelə idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı 3 ədəd metadon və 17 ədəd psixotrop dərman həbləri aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: