10 Noyabr 2015 11:57
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Sabunçu rayonu ərazisində “KLASSİK-KO LTD” MMC-ə məxsus ümumi sahəsi 8000 kv.m olan, hazırda fəaliyyət göstərməyən zavodun bir hissəsi yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda anbar kimi istifadə olunan binada, sahəsi 38 kv.m olan 1 otağın yanar konstruksiyaları, içərisində olan əşyalar yanıb və yüksək temperaturdan ona bitişik olan otağın lambirdən ibarət tavanı 30 kv.m sahədə əriyib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.


Müəllif: