10 Noyabr 2015 15:49
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib. Teleqraf.com xəbər verir ki, Şəmkir rayonunun Qapanlı kəndində kənd sakini Mövlan Məmmədov münaqişə zəminində həmkəndlisi Elnur Xəlilova bıçaqla xəsarət yetirib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mövlan Məmmədov tutulub.

Qeyd edək ki, kənd sakini Mövlan Məmmədov qonşusu Elnur Xəlilovu bıçaqlamasına səbəb qisqancliq zəmini olub. Elnur Xəlilovun qonşusunun həyat yoldaşı ilə vaxtaşırı zəngləşməsi olub.

İstintaqa ifadə verən Mövlan Məmmədov hadisəni belə danışıb: “Yoldaşımın telefonunu yoxladım. Onun nömrəsi çıxdı. Bundan sonra mübahisəmiz yarandı. Onlar bizim evə hucuma gəlmişdi. Əvvəlcə atası və anası, sonra isə özü gəldi. O, mənim anamı vurdu. Mən də cibimdən bıçağı çıxarıb onu vurdum”.
İki uşaq atası olan Məmmədov əməlindən peşman olmadığını bildirib.

Hacı Zeynalov


Müəllif: