10 Noyabr 2015 16:45
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həkimin evindən oğurluq etməkdə təqsirli bilinən əmioğlular- Elvin Əliyev və onun əmisi oğlu Guməli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin yanvarın 31-də Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlanıb. Cinayəti törədən Astara rayon sakini Elvin Əliyev və Guməli Əliyev tutulub.

Araşdırmalar zamanı evdən oğurlanmış qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satılması müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Füzuli Zeynalov da tutulub.


Qeyd edək ki, Füzuli Zeynalovun işi ayrıca istintaqda araşdırılıb. Bu səbəbdən də yalnız məhkəməyə Elvin Əliyev və onun əmisi oğlu Guməli Əliyevin cinayət işi göndərilib.


Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs 9 il müddətə azadlıqdan məhrum edilib.

Evindən oğurluq edilən 1977-ci il təvəllüdlü Kazımi Mircəlal Mirkazım oğlu tanınmış cərrah transplantoloqdur. O, hazırda Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri vəzifəsində çalışır.

Hacı Zeynalov


Müəllif: