10 Noyabr 2015 20:14
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda taksi sürücüsünü döyərək qarət ediblər. Bakı Şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 31-də Maştağa qəsəbəsində Beyləqan rayon sakini Zahir Həsənovun taksi fəaliyyət ilə məşğul olduğu “Opel Vectra” markalı avtomobilində naməlum sərnişin onu yumruqla üz nahiyəsindən vurub.

Həmin şəxs taksi sürücüsünün pulunu alandan sonra avtomobili də götürərək hadisə yerindən qaçıb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil noyabrın 1-də Nardaran qəsəbəsi Abşeron küçəsində saz vəziyyətdə tapılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Mütəllimzadə noyabrın 9-da tutulub.

Hacı Zeynalov


Müəllif: