11 Noyabr 2015 01:32
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda dələduzluq faktı qeydə alınıb. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakinləri Əbdülağa Musayev oktyabrın 28-də dələduzluqla üzləşib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edən Əbdülağa Musayev bildirib ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Vüqar Nadirov onun etibarından sui-istifadə edərək ondan 200 manat alaraq qaytarmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dələduzluq etməkdə şübhəli bilinən Vüqar Nadirov saxlanılıb.

Hacı Zeynalov


Müəllif: