11 Noyabr 2015 10:28
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1987-ci il təvəllüdlü İsmayıl Musa oğlu Abduləliyev bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Musa Abduləliyevi qətlə yetirən Maştağa qəsəbəsi sakini, 1977-ci il təvəllüdlü Tofiq Şəkərov tutulub.

O, istintaqa verdiyi ifadəsində bildirib ki, İsmayıl Abduləliyevlə şəxsi münasibətlər zəminində mübahisə edib və mübahisə zamanı onu bıçaqlayaraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: