11 Noyabr 2015 11:23
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda orta məktəb müəlliminə qarşı soyğunçuluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb.

Pirşağı qəsəbəsində yerləşən Laçın rayonu, Zabux kənd orta məktəbində Kimya müəlliməsi işləyən İradə Hüseynova səhər saatlarında məktəbə gedərkən naməlum şəxsin hücumuna məruz qalıb.

Naməlum şəxs İradə Hüseynovaya hücum edərək içərisində 1 ədəd “Nokia” markalı mobil telefonu, ev açarı və 3 manat olan çantasını alaraq qaçıb.

İradə Hüseynova soyğunçuluqla üzləşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə ərizə ilə müraciət edib. Hazırda polis əməkdaşları cinayəti törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görürlər.

Hacı Zeynalov


Müəllif: