11 Noyabr 2015 11:54
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 26 yaşlı qız itkin düşüb.

Teleqraf.com xəbər verir ki, Ramana qəsəbəsində yaşayan Yaşar Namazov qızının itkin düşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Yaşar Namazov bildirib ki, qızı, 1989-cu il təvəllüdlü Yeganə Bayramova noyabrın 9-da, saat 10.20-də evdən çıxıb və geri qayıtmayıb.

Hazırda polis Yeganə Bayramovanın yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görür.

Hacı Zeynalov


Müəllif: