11 Noyabr 2015 14:06
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinən Rauf Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu il aprelin 25-də Yasamal rayonu “Sovetski” adlanan küçədə baş verib. Gül satışı ilə məşğul olan Əjdər Ağadadaşov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rauf Abbasov saxlanılıb. O, etdiyi cinayəti etiraf edib. Rauf Abbasov ilkin ifadəsində hadisənin söyüş üstündə tödətdiyini bildirib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Rauf Abbasovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, çıxışında Rauf Abbasovun birinci dəfə cinayət törətdiyini, zərərçəkən tərəflə barışıq əldə etdildiyini bildirib. Vəkil çıxışında müdafiə etdiyi şəxsin şərti azadlığa buraxılmasını istəyib.

Bir neçə saatlıq müşavirə keçirən hakim heyəti Rauf Abbasovun 3 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm elan ediblər.

Hacı Zeynalov


Müəllif: