11 Noyabr 2015 15:10
377

Cəlilabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Camal Bəşirov həbs edilib.

Camal Bəşirova məxsus yadımçı təsərrüfatdan 3 kiloqram 655 qram tiryək aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: