11 Noyabr 2015 15:24
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində bir gündə iki nəfər bıçaqlanıb.

Şəhər sakini Şahin Əliyev bıçaq xəsarəti ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Stnasiyasına gətirilib.

Vaxtında tibbi yardım göstərilib və onun həyatı xilas edilib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Mürsəl Quliyev tutulub.

Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 6-da Rahib Abdullayevə bıçaqla xəsarət yetirən Zaman Məmmədov yaxalanıb.

Hacı Zeynalov


Müəllif: