11 Noyabr 2015 15:58
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda şirkət maşınından oğurluq edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1981-ci il təvəllüdlü Əli Hüseynov və əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rəşad Hüseynov tutulub.

Onlar noyabrın 9-da M.Cəlal küçəsində Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Xatirə Əsgərovanın idarə etdiyi “Beta” şirkətinə məxsus “Hyundai” markalı avtomobilin yük yerindən, kilidi sındırmaqla çay məmulatları oğurlayıb.

Araşdırma zamanı müəyyən edilib ki, onlar bu il aprelin 26-ə keçən gecə Rəsulzadə qəsəbəsində Sərvər Mustafayevə məxsus “VAZ-2107”, iyunun 6-da 6-cı mikrorayonda Xalid Nəcəfova məxsus “Kia”, iyunun 15-də S.Məmmədova küçəsində Fərhad Məmmədov özünə məxsus “Niva”, avqustun 2-də R.Behbudov küçəsində Emil Sadıqova məxsus “Nisan-Sunny” və oktyabrın 3-nə keçən gecə, Cavadxan küçəsində Fəyyar Xankişiyevə məxsus “Lexsus” markalı avtomobillərdən, şüşəni sındırılmaqla maqnitafon, səsgücləndirici, pul və digər əşyalar talayıblar.

Bundan başqa, onlar iyunun 27-nə keçən gecə, Azər Quliyevə məxsus, A.Məmmədov küçəsində, oktyabrın 13-ə keçən gecə Oktay Rəcixanova məxsus Cavadxan küçəsində və oktyabrın 20-nə keçən gecə, Bayram Qaraxanova məxsus, S.Məmmədova küçəsində yerləşən mağazalardan spirtli içkilər, tütün məmulatları və digər əşyalar oğurlayıblar.

Sentyabrın 17-nə keçən gecə, Lətif Seyidəliyevə məxsus, M.Kazımovski küçəsində yerləşən «Topaz» məntəqəsindən 50 manat, lotoreya biletləri və mobil telefon, sentyabrın 25-dən 29-dək olan müddətdə M.Cəlal küçəsində Aleksandr Mehdiyevə məxsus qarajdan 2 ədəd velosiped, cari ilin may ayından oktyabrın 4-dək olan müddətdə M.Cəlal küçəsində Mahir İsgəndərova məxsus zirzəmidən 4 ədəd təkər və sentyabrın 17-dən oktyabrın 2-dək olan müddətdə isə M.Cəlal küçəsində Elnur Süleymanlıya məxsus saxlanc yerindən, qapının kilidini sındırılmaqla velosiped aparıblar.

Hacı Zeynalov


Müəllif: