11 Noyabr 2015 21:52
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərindən mağazadan oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini Məsumə Hüseynovaya məxsus mağazadan 30 manat və ərzaq məhsulları oğurlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən Laçın rayon sakini Kənan Bayramov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 9-da Rəhim Hüseynova məxsus tarktordan generator oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: