Oxşar xəbərlər
Bakının Nərimanov rayonunda oğurluq edən şəxs yaxalanıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Fariz Səfərov tutulub.
Fariz Səfərov noyabrın 5-də Çin vətəndaşı Xiafanq Xuenə məxsus içərisində 650 ABŞ dolları və 1500 manat olan çantanı oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov