13 Noyabr 2015 11:58
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda baş verən iki oğurluq cinayətinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayon sakini, 1993-cü il təvəllüdlü Natiq Mirzəli tutulub.

Natiq Mirzəli noyabrın 10-da Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Zahir Gülməmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinib.

Bundan başqa, həmin bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 10-da R.Rüstəmov küçəsində Bakı şəhər sakini, Elvin Səmədova məxsus “Ford-Transit” markalı avtomobildən, açıq qapıdan keçməklə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Rövşən Şirinov tutulub.

Hacı Zeynalov


Müəllif: