13 Noyabr 2015 18:18
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə A. Abdullayevin vəkili çıxış edərək onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Proses noyabrın 20-də davam etdiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abdulla Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib.

Hacı Zeynalov


Müəllif: