16 Noyabr 2015 10:26
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Sadiq Məmmədli özünü yaşadığı evdə asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: