16 Noyabr 2015 10:45
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Prişağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əliabbas Allahverdiyev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün Əliabbas Allahverdiyevin həyatını xilas etmək mümkün olub. Vəziyyətinin ağır olduğu üçün onu dindirmək mümkün olmayıb. Buna görə də hadisənin kimin tərəfindən, hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: