16 Noyabr 2015 12:21
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iş adamı dələduzluqla üzləşməsi ilə bağlı polisə şikayət edilib.

Teleqraf.com xəbər verir ki, Ramana qəsəbəsində yaşayan Sevil Abbasova dələduzluqla üzləşməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.

Sevil Abbasovanın ərizəsi araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə göndərilib. Polis bölməsində izahat verən Sevil Abbasova bildirib ki, bu ilin iyunun 3-də Xəzər rayonu, binə qəsəbəsində Zahir adlı şəxsə 5250 manat dəyərində satmaq üçün çay verib. Zahir adlı şəxs çayı satsa da, pulunu qaytarmayıb.

Polis bölməsindən Teleqraf.com-a bildiriblər ki, fakt üzrə toplanmış materiallar araşdırılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Hacı Zeynalov


Müəllif: