16 Noyabr 2015 13:01
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda mağazalardan oğurluq edən şəxs yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 1998-ci il təvəllüdlü Surac Bəkirov tutulub.

Surac Bəkirov fevralın 27-nə keçən gecə, A.Kunanbayev küçəsində Elçin Cabbarova, oktyabrın 21-ə keçən gecə isə S.S.Axundov küçəsində Elçin Quliyevə məxsus mağazalardan pul, tütün məmulatları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinib.

Hacı Zeynalov


Müəllif: