16 Noyabr 2015 14:22
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda silahla gəzən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi və Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliabad kənd sakini Elman Mirzəbəyov həbs edilib.

Ondan “AK-74” markalı silah, 13 ədəd patron, 1 ədəd patron darağı və 1 ədəd bıçaq götürülüb.

Hacı Zeynalov


Müəllif: