Oxşar xəbərlər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaq yoldaşının sağlamlığına ağır zərbə vurmaqda təqsirli bilinən Xəyal Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunaraq dustaq həyatı yaşayan Xəyal Quliyev cəzaçəkmə müəssisəsinin idman zalında Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək həbs həyatı yaşayan Ələkbər Kazimova 3 yumruq zərbəsi vurub. Ələkbər Kazimov aldığı zərbədən xəsarət alıb.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin və zərərçəkmiş Ələkbər Kazimovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 23-ə təyin edilib.
Hacı Zeynalov