16 Noyabr 2015 16:49
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda soyğunçuluq hadisəsinin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, hadisə Zorge küçəsində yerləşən çay evində baş verib.

Çay evində naməlum şəxs Babək rayon sakini, 1996-cı il təvəllüdlü Eyyub Yaqubovu döyüb. Daha sonra həmin şəxs 19 yaşlı oğlanın 45 manatını əlindən alıb. Çay evində döyülərək qarət olunan gənc hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Eyyub Yaqubov Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları tərəfindən izahatı alınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Rakif Xəlilov tutulub.

Hacı Zeynalov


Müəllif: