17 Noyabr 2015 10:48
6 424

Bakının Sabunçu rayonunda 18 yaşlı oğlan bir qrup şəxsin təcavüzünə məruz qalıb. Teleqraf.com xəbər verir ki, Maştağa qəsəbə sakini, 1997-ci il təvəllüdlü T. M. sahibsiz fermada bir neçə nəfər şəxsin təcavüzü ilə üzləşib.

14-cü polis bölməsinə şikayət edən 18 yaşlı oğlan bildirib ki, Zakir, Bəylər və Zeynal adlı şəxslər tərəfindən 2012-ci ildən təcavüzə məruz qalıb. O, bildirib ki, həmin şəxslər onu mütəmadi olaraq sahibsiz fermaya apararaq, orada onunla cinsi əlaqədə olublar. Zərərçəkmiş həmçinin bildirib ki, onunla cinsi əlaqədə olan hər üç şəxslə qonşu olublar.

Bundan başqa, Nicat və Sənan adlı şəxslər T.M.-nın böyük qardaşı, 1994-cü il təvəllüdlü M. M.-nı bu ilin avqust ayından başlayaraq şantaj ediblər. Onlar M. M-nı həm özü, həm də qardaşı barəsində videoları yayacaqları ilə hədələyiblər. Nicat və Sənan 21 yaşlı oğlanı avqust ayından oktyabrın 30-dək şantaj ediblər. Bu müddət ərzində ondan 300 manat və mobil telefonunu alıblar.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: