17 Noyabr 2015 12:15
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda avtomobil oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayonu ərazisindən Hacıqabul rayon sakini Taleh Ağamalıyevə məxsus noutbuk, 2 ədəd mobil telefon və geyim əşyaları oğurlanıb.

Həmçinin Taleh Ağamalıyevə məxsus “Lada Priora” markalı avtomobili qaçırılıb. Oğurluq edən şəxs həmin avtomobillə Nizami rayonu, Babək prospektində qəzaya düşüb. Həmin şəxs avtomobili həmin ərazidə işıq dirəyinə çırparaq hadisə yerindən qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Kənan Rüstəmov tutulub.

Hacı Zeynalov


Müəllif: