17 Noyabr 2015 13:24
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Bayram Bayramovun idarə etdiyi “HOWO” və Zaqatala rayon sakini İlqar Tinayevin idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü, habelə İ.Tinayevin sərnişini xəstəxanaya yerləşdirilib, İ.Tinayev orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: