17 Noyabr 2015 14:37
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonunda itkin düşən qadının meyiti Kür çayından tapılıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 6-da Zərdab rayonunun Əlvənd kəndində yaşayan Aynur Qasımova evdən çıxıb və geri qayıtmayıb.

Noyabrın 16-da onun meyiti Kür çayının Otmanoba kəndinin ərazisindən keçən hissəsində tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Qeyd edək ki, rayonun Əlvənd kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Daşqın qızı Qasımova noyabrın 6-da saat 13 radələrində evdən çıxıb və geri qayıtmayıb. Onun evdən getməsindən xəbər tutan həyat yoldaşı Məhəbbət Qiyami oğlu Qasımov Daxili İşlər Nazirliyinin “102” “qaynar xətti”nə və Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.

Hacı Zeynalov


Müəllif: